Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub Gəncə. 31 iyul. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
31 İyul , 2018 08:14
Gəncədə avtomobil piyadanı vurub

Gəncə. 31 iyul. REPORT.AZ/ Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər Avtovağzalının qarşısında qeydə alınıb.

1953-cü il təvəllüdlü Şahmir İslam oğlu Hüseynov yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vuraraq ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi