Yuxarı

Gəncədə avtomobil beton divara çırpılıb, sürücü ölüb

Faktla bağlı araşdırma aparılır

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 0

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:00-da şəhərin "İmamzadə" kompleksinə gedən yolda 20 CK 079 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Əli Hüseynov idarəetməni itirərək yol kənarındakı beton divara çırpılıb. O, yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi