Gəncədə atasını bıçaqlayan oğul tutulub

Gəncədə atasını bıçaqlayan oğul tutulub hadisə ailə münaqişəsi zəminində baş verib
Hadisə
19 İyul , 2017 16:13
Gəncədə atasını bıçaqlayan oğul tutulub

Gəncə. 19 iyul. REPORT.AZ/ Gəncədə atasını bıçaqlayan oğul saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Yadulla oğlu Ağayev qarın nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar nəticəsində onu öz oğlu 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqladığı məlum olub. C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi