Gəncədə ata və oğul bıçaqlanıb

Gəncədə ata və oğul bıçaqlanıb Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaq xəsarəti alıblar.
Hadisə
4 Fevral , 2022 10:31
Gəncədə ata və oğul bıçaqlanıb

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakinləri, 1964-cü il təvəllüdlü İ.Tağıyev və oğlu 1998-ci il təvəllüdlü A.Tağıyev mübahisə zəminində bıçaqla xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı R.Hüseynov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, zərərçəkənlərin qonşusudur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi