Gəncədə qucağında oğlu ilə yolu keçmək istəyən ananı maşın vurub, qadın ölüb - YENİLƏNİB

Gəncədə qucağında oğlu ilə yolu keçmək istəyən ananı maşın vurub, qadın ölüb - YENİLƏNİB Onun azyaşlı övladı isə ağır xəsarət alıb
Hadisə
20 İyul , 2017 23:11
Gəncədə qucağında oğlu ilə yolu keçmək istəyən ananı maşın vurub, qadın ölüb - YENİLƏNİB
Foto: Report.az

Gəncə. 20 iyul. REPORT.AZ/ Gəncədə yolu keçən zaman maşın tərəfindən vurularaq ölən qadının adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızıdır.

Ana qucağındakı yaşyarımlıq oğlu ilə parkdan çıxaraq yolu qarşı tərəfə keçmək istəyib. Bu zaman hərəkətdə olan "Mercedes" markalı avtomobil onları vurub. "Mercedes" piyadaları vurduqdan sonra idarəetməni itirərək "Daewoo" markalı avtomobilə çırpılıb. Yaralıları xəstəxanaya elə hadisəni törədən sürücü aparıb. Xəstəxanaya çatdırılan ananın öldüyü məlum olub. Azyaşlı övladının vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.


***22:48

Gəncə. 20 iyul. REPORT.AZ/ Gəncədə yolu keçmək istəyən ana və balanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Şəxsiyyətləri hələ ki, məlum olmayan piyadaları "Mercedes-Benz" markalı avtomobil vurub. Nəticədə ana hadisə yerində keçinib, onun azyaşlı övladı isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi