Gəncədə ahıl kişi intihar edib - YENİLƏNİB

Gəncədə ahıl kişi intihar edib - YENİLƏNİB Gəncə şəhərinin Gülüstan qəsəbəsində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl kişinin şəxsiyyəti məlum olub.
Hadisə
15 İyul , 2019 10:30
Gəncədə ahıl kişi intihar edib - YENİLƏNİB

Gəncə şəhərinin Gülüstan qəsəbəsində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl kişinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, qəsəbə sakini, 1958-ci il təvəllüdlü Şamil Ələkbər oğlu İsgəndərov olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. Onun hansı səbəbdən özünü öldürməsi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.


*** 9:18

Gəncə şəhərində ahıl kişi intihar edib.

"Report"un məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişi özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

İntiharın səbələri araşdırlır.  

Son xəbərlər

Orphus sistemi