Gəncədə mənzildə yanğın baş verib, 55 yaşlı şəxs yanaraq ölüb

Gəncədə mənzildə yanğın baş verib, 55 yaşlı şəxs yanaraq ölüb Evin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
26 Yanvar , 2017 04:08
Gəncədə mənzildə yanğın baş verib, 55 yaşlı şəxs yanaraq ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Gəncədə 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi