Gəncədə 38 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB

Gəncədə 38 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB Onun psixoloji problemlərinin olduğu bildirilir
Hadisə
20 İyun , 2017 18:14
Gəncədə 38 yaşlı kişi özünü yandırıb - YENİLƏNİB

Gəncə. 20 iyun. REPORT.AZ/ Gəncə sakini özünü Təcili Tibbi Yardım Məntəqəsinin həyətində yandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bala Bağman məhəlləsi ərazisində baş verib. Özünü yandıran şəxsin anası oğlunun ruhi xəstə olduğunu bildirib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.


***17:57

Gəncə. 20 iyun. REPORT.AZ / Gəncə şəhərində yerli sakin özünü yandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1979-cu il təvəllüdlü  Azər Fəxrəddin oğlu Hacıyev üzərinə benzin tökərək özünü yandırıb. Ağır yanıq xəsarətləri alan A.Hacıyev Xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır. 

Onun psixoloji problemlərinin olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi