Yuxarı

​Gəncədə 40 yaşlı kişi bıçaqlanıb

Dərhal əməliyyat edilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir

Bakı. 25 iyul. REPORT.AZ/ Gəncədə 40 yaşlı kişi bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un qərb bürosuna verilən məlumata görə, 1976-cı il təvəllüdlü Yaşar Rzayev qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya gətirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, şəhərin Atatürk prospektində yerləşən yataqxanların birində yaşayan Yaşar Rzayev tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi