​Gəncədə qadını yaşadığı evin həyətində əqrəb sancıb

​Gəncədə qadını yaşadığı evin həyətində əqrəb sancıb Yaralının vəziyyəti orta ağırdır
Hadisə
15 avqust 2016 20:04
​Gəncədə qadını yaşadığı evin həyətində əqrəb sancıb

Gəncə. 16 avqust. REPORT.AZ/ Gəncə şəhərində 27 yaşlı qadını əqrəb sancıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Arzu Abdullayeva əqrəb sancma diaqnozu ilə xəstəxanaya gətirilib.

Dərhal ona tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti orta ağırdır. Yaxınlarının dediyinə görə, A.Abdullayevanı əqrəb yaşadığı evin həyətində sancıb.

Orphus sistemi