Gəncədə 26 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB

Gəncədə 26 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.
Hadisə
31 Mart , 2019 23:16
Gəncədə 26 yaşlı gənc bıçaqlanıb - YENİLƏNİB

Gəncədə 26 yaşlı oğlan bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rabil Şahmar oğlu Əhmədov qarın və döş qəfəsindən bıçaq xəsarətləri alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Cərrahiyə əməliyyatından sonra reanimasiya şöbəsində müalicəsi davam edən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 21:23

Gəncə şəhərində gənc oğlan bıçaqlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nİzami rayonu ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarəti alıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yarlı xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi