Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var

Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır
Hadisə
16 Dekabr , 2016 21:33
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var

Gəncə. 16 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 2 avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində, Gəncə şəhəri ərazisində baş verib.

Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Ramiz Əbdürəhmanovun idarə etdiyi "VAZ-2109" markalı avtomaşın "VAZ-2107" markalı avtomaşınla toqquşub. Nəticədə "VAZ-2107" markalı avtomaşının sürücüsü, şəhər sakini, 1994-cü il təvəllüdlü Röyal Məmmədli müxtəlif bədən xəsarətləri alıb.

Yaralı hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi