Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb

Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb Gəncə. 10 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda körpüdən yıxılaraq ölən və yaralan şəxslərin adalrı məlum olubşReportun yerli bürosunun məlumatına görə, rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə
10 Yanvar , 2019 21:51
Şəmkirdə 2 nəfər körpüdən yıxılıb, biri ölüb
Gəncə. 10 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda körpüdən yıxılaraq ölən və yaralan şəxslərin adalrı məlum olubşReport"un yerli bürosunun məlumatına görə, rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.


*** 20:19

Gəncə. 10 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Seyfəli kəndinə gedən yolda yerləşən körpüdə baş verib.

Belə ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən toy mərasimindən çıxan Şəmkir rayon sakinləri evlərinə gedərəkən yolda körpüdən yıxılıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılarkən onlardan biri yolda dünyasını dəyişib. 

Faktla bğlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi