Yuxarı

​Gəncə sakini küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Hadisə Cavadxan qəsəbəsindəki tikinti materialları bazarı yaxınlığında baş verib

Gəncə. 12 avqust. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”un Qərb bürosuna verilən məlumata görə, 1977-ci il təvəllüdlü yerli sakin Nazim Orucov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanya gətirilib.

Dərhal əməliyyata alınan N.Orucovun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, o, şəhərin Cavadxan qəsəbəsində yerləşən tikinti materialları bazarı yaxınlığındakı yol ilə gedərkən tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi