Gəncə əhalisinin əhvalı necədir?

Gəncə əhalisinin əhvalı necədir? Ermənistan tərəfindən Gəncəyə raket
Hadisə
4 Oktyabr , 2020 13:16
Gəncə əhalisinin əhvalı necədir?
0 : 00
0 : 00

Ermənistan tərəfindən Gəncəyə raketlər atılmasına baxmayaraq, şəhər əhalisinin əhval-ruhiyyəsi yüksəkdir.

Bu barədə "Report"un Gəncədə olan bölgə müxbiri xəbər verir.

"Əksinə, Gəncə sakinləri özləri digər rayonların sakinləri ilə telefonla danışarkən onlara ruh yüksəkliyi verir. Gəncə sakinləri Azərbaycanın digər bölgələrinin vətəndaşları kimi güclü və məğrurdur", - Gəncə müxbiri bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutub.

Son xəbərlər

Orphus sistemi