​Gəncənin Nizami rayonu bazarında yanğın baş verib

​Gəncənin Nizami rayonu bazarında yanğın baş verib Bazarın qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
9 May , 2016 22:36
​Gəncənin Nizami rayonu bazarında yanğın baş verib

Bakı. 9 may. REPORT.AZ/ Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 600 kv.m olan bazarın ərazisində soyuducu yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, soyuducu yanması ilə əlaqədar yüksək temperaturdan bazarın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 21:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi