Gənc futbolçunun ölümünə səbəb olan sürücünün narkotik maddə təsiri altında olduğu üzə çıxıb

Gənc futbolçunun ölümünə səbəb olan sürücünün narkotik maddə təsiri altında olduğu üzə çıxıb Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 Fevral , 2019 17:50
Gənc futbolçunun ölümünə səbəb olan sürücünün narkotik maddə təsiri altında olduğu üzə çıxıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi keçirilən prosesdə İradə Abdullayeva ifadə verib.

O bildirib ki, orta məktəbdə Coğrafiya fənnindən dərs deyir. İ.Abdullayeva hadisə zamanı dünyasını dəyişən məktəblilərin müəllimi olduğunu söyləyib.

Daha sonra şahid qismində Xalidə Əliyeva dindirilib. Həmin şahid də orta məktəbdə dərs dediyini qeyd edib. O, dünyasını dəyişən şagirdlərin ağıllı olduğunu bildirib: "Düzdür, oxuyan uşaqlar deyildilər, lakin mərifətli, qanacaqlı idilər. Hadisə dərs zamanı baş verib. Onlar tənəffüsə çıxmışdılar. Tənəffüsdən sonra da bu hadisə oldu".

Şahid Elmar İsmayılov ifadəsində deyib ki, həmin uşaqlar anidən yola çıxıblar: "Onlar yola çıxanda maşının məsafəsi az idi. Fəxrəddin tez əyləci basdı, lakin maşın saxlamadı. Avtomobil nasaz idi. Yolun kənarında it olmayıb".

Məhkəmədə elan olunub ki, şahid və təqsirləndirilən şəxsin qan analizində narkotik maddə çıxıb.

Şahid E.İsmayılov daha əvvəl narkotik maddədən istifadə etdiklərini etiraf edib: "Ad günündə nəşə çəkmişdik. Həmin günü isə narkotikdən istifadə etməmişik".

Zərərçəkmiş şəxslər məhkəmə zalında şahidə etiraz ediblər. Onlar bildiriblər ki, qəza zamanı maşın Ayxan Qasımovu bir neçə metr sürüyüb: "Heç uşaqlara su da verməyiblər. Bu adamlar hadisə yerindən qaçıblar".

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

Qeyd edilib ki, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən, 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi