Yuxarı
    Bağlamaq

    Gəlininin başını kəsən 78 yaşlı kişiyə 18 il həbs cəzası verilib

    Məhkəmə başa çatıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini qətlə yetirməkdə təqsirləndirilən 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Nəcəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2015-ci il iyulun 25-də Qusar rayon sakini Nəcəfov Amanxan Elayyədin oğlu gəlini, 38 yaşlı Məmmədova Sevinc Malik qızına ov tüfəngi ilə atəş açaraq öldürüb. Daha sonra isə onun başını kəsib. Hadisə ailə münaqişəsi zəminində baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi