Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 3 dekabr. REPORT.AZ/ Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən Ulduz Musayevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
3 Dekabr , 2018 14:33
Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Gədəbəydə sevgilisinin tanışını bıçaqlamaqda təqsirləndirilən Ulduz Musayevanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, hadisə Gədəbəy rayonunun mərkəzində baş verib. Rayonun Arıqdam kənd sakini 30 yaşlı U.Musayeva mübahisə zəmnində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmova xəsarət yetirib.

Əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yara diaqnozu qoyulub. Onun həyatını xilas etmək mümkün olub.

Mübahisə zamanı U.Musayeva da ayağından xəsarət alıb.

U.Musayeva ilkin ifadəsində bildirib ki, qeyri-rəsmi nikahda olduğu Kamil adlı şəxslə mübahisə edən zaman onun tanışı S.Rüstəmov onların arasına girib. Bu zaman bıçaq S.Rüstəmova dəyib. 

Son xəbərlər

Orphus sistemi