Gədəbəydə qarlı hava qəzaya səbəb oldu

Gədəbəydə qarlı hava qəzaya səbəb oldu Gədəbəy rayonunda avtomobil qarlı yolda sürüşərək qəzaya uğrayıb.
Hadisə
17 Fevral , 2020 21:46
Gədəbəydə qarlı hava qəzaya səbəb oldu

Gədəbəy rayonunda avtomobil qarlı yolda sürüşərək qəzaya uğrayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Slavyanka kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolun qarlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü - Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Ürfan Vəliyevin bud sümüyü sınıb və digər bədən xəsarətləri alıb. Sürücü və avtomobildə olan sərnişin hadisə yerinə gələn DYP əməkdaşlarının köməyi ilə əzilmiş avtomobildən çıxarılıb. U.Vəliyev xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi