Gədəbəydə polis koronavirusa yoluxan sakinləri ziyarət edib
Hadisə
- 07 aprel, 2021
- 04:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gədəbəydə koronavirus xəstələri ilə profilaktik görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.
Xüsusi geyimli və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib. Hər hansı bir sosial və digər məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.
Son xəbərlər
17:05
İsrail və ABŞ birgə kiber müdafiə təlimlərində ilk dəfə süni intellektdən istifadə edib
Digər ölkələr
16:46
Ayzenkot Netanyahu ilə İsrailin koalisiya hökumətinin formalaşdırılmasını müzakirə edib
Digər ölkələr
16:27
Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirildiyini bəyan edib
Digər ölkələr
16:24
Foto
Qubada "Gənclərin CTF Kuboku 2026" yarışı keçirilib
Daxili siyasət
16:21
Azərbaycan Premyer Liqasının XIII turunda daha bir matç keçirilib
Futbol
16:15
SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqlayıb
Region
16:06
Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq
İnfrastruktur
15:57
Əl-Maliki: Husilər danışıqlar masası arxasına əyləşsələr, Yəməndəki müharibə "sabah" başa çata bilər
Digər ölkələr
15:50
Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb
Futbol