Gədəbəydə minik maşını maneəyə çırpılıb

Hadisə
  • 03 noyabr, 2018
  • 18:20
Gədəbəydə minik maşını maneəyə çırpılıb

Gədəbəy. 3 noyabr. REPORT.AZ/ Gədəbəy rayonunun Maarif kəndində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü yerli sakin Abdullayev Arzu İsa oğlu idarə etdiyi avtomobili maneəyə çırpıb.

Sürücü nəticədə müxtəlif bədən xəsarətləri alıb və Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan bir müddət əvvəl Gədəbəydə minik maşını yol kənarındakı dərəyə aşıb.