Gədəbəydə maşın yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Hadisə
  • 20 may, 2018
  • 05:29
Gədəbəydə maşın yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Gədəbəy. 20 may. REPORT.AZ/ Gədəbəy rayonunun Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü kənd sakini Hüseynov Səməd Məhəmməd oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi