Gədəbəydə evdən oğurluq edən şəxs saxlanıldı

Hadisə
  • 04 mart, 2020
  • 07:54
Gədəbəydə evdən oğurluq edən şəxs saxlanıldı
istock

Gədəbəydə evdən oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da rayon ərazisindəki evlərin birindən 3 500 manat oğurlamaqda şübhəli bilinən Qızıltorpaq kənd sakini, əvvəllər məhkum olunmuş Ç.İbrahimov saxlanılıb.

44 filmi