Gədəbəydə ahıl kişi balta ilə özünə xəsarət yetirib

Hadisə
  • 23 noyabr, 2019
  • 19:11
Gədəbəydə ahıl kişi balta ilə özünə xəsarət yetirib

Gədəbəy rayonunda ahıl kişi ehtiyatsızlıqdan balta ilə özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlismayıl kəndində baş verib.

Kənd sakini, 1938-ci il təvəllüdlü Qiyas Hüseynov odun doğrayan zaman ehtiyatsızlıqdan sol əlinə balta ilə ağır xəsarət yetirib. Xəstəxanaya aparılan yaralı cərrahiyə əməliyyatı edilib və onun əli amputasiya olunub.

Hazırda Q.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.