Gədəbəydə baş vermiş ağır yol qəzasında 8 nəfər xəsarət alıb

Gədəbəydə baş vermiş ağır yol qəzasında 8 nəfər xəsarət alıb Gədəbəydə avtomobil dərəyə aşıb.
Hadisə
9 Avqust , 2021 21:35
Gədəbəydə baş vermiş ağır yol qəzasında 8 nəfər xəsarət alıb
0 : 00
0 : 00

Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində xəsarət alanların sayı artıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

20:48

Gədəbəydə ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Saratovka kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında vəziyyəti ağır olanlar da var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi