Füzulidə sükan arxasında infarkt keçirən sürücü avtomobili aşırıb

Füzulidə sükan arxasında infarkt keçirən sürücü avtomobili aşırıb Kamal Alışovun infarktdan ölməsi müəyyən edilib
Hadisə
20 May , 2017 13:16
Füzulidə sükan arxasında infarkt keçirən sürücü avtomobili aşırıb

Füzuli. 20 may. REPORT.AZ/ Füzuli rayonunda sükan arxasında infarkt keçirən sürücü avtomobili aşırıb.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun 2 saylı Zobucuq qəbəsində qəsəbəsi ərazisində baş verib.

Belə ki, mayın 18-də saat 17 radələrində həmin qəsəbənin sakini Kamal Alışov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb və o, hadisə yerində ölüb.

Araşdırmalar zamanı K.Alışovun infarktdan ölməsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi