Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb - YENİLƏNİB
- 22 may, 2017
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Füzuli. 22 may. REPORT.AZ/ Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralananların adları məlum olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Nəticədə sürücü Babək Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb.
***11:34
Füzuli. 22 may. REPORT.AZ/ Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.