Füzulidə sursat partlayışı olub, xəsarət alan var

Füzulidə sursat partlayışı olub, xəsarət alan var Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində 2024-cü il 24 avqust tarixində sursat partlayışı had
Hadisə
24 Avqust , 2024 20:46
Füzulidə sursat partlayışı olub, xəsarət alan var

Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi