Füzulidə avtomobil aşdı, sürücü öldü

Füzulidə avtomobil aşdı, sürücü öldü Füzuli rayonunda yol qəzası baş verib.
Hadisə
13 İyul , 2020 12:31
Füzulidə avtomobil aşdı, sürücü öldü

Füzuli rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 11-i saat 17 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində Zərgər kənd sakini Vaqif İmanov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi