Fuad Ələsgərov Nardaran hadisələrinə münasibət bildirib

Fuad Ələsgərov Nardaran hadisələrinə münasibət bildirib “Dini radikalizim Azərbaycan cəmiyyətinə xas deyil”
Hadisə
4 Dekabr , 2015 14:48
Fuad Ələsgərov Nardaran hadisələrinə münasibət bildirib

Bakı. 4 dekabr. REPORT.AZ/ “Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar. Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi qoruyacaqlar”. 

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. 

Nardaran hadisələri barədə danışan F.Ələsgərov bildirib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil: “Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gəncləri düz yola dəvət edirik”.

Son xəbərlər

Orphus sistemi