Fransada məhkəməyə müraciət edən azərbaycanlı mühacirlərin sayı kəskin azaldı

Fransada məhkəməyə müraciət edən azərbaycanlı mühacirlərin sayı kəskin azaldı Ötən il Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı 2018-ci ilə nisbətən 34 faiz az olub.
Hadisə
6 Fevral , 2020 14:14
Fransada məhkəməyə müraciət edən azərbaycanlı mühacirlərin sayı kəskin azaldı

Ötən il Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə (CNDA) işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı 2018-ci ilə nisbətən 34 faiz az olub.

"Report"un Fransa bürosu xəbər verir ki, bu, Fransanın Qaçqınlar üzrə İdarəsinin sığınacaq müraciətlərinə mənfi cavab verməsindən sonra olub. 

Belə ki, 2018-ci ildə 250 nəfər, 2019-cu ildə isə yalnız 164 azərbaycanlı mühacir məhkəməyə müraciət edib.

Qeyd edək ki, 2015-ci ildən Fransanın Qaçqınlar üzrə Milli Məhkəməsinə işlərinə yenidən baxılması üçün müraciət edən azərbaycanlı mühacirlərin sayı azalmaqda davam edib. Belə ki, məhkəməyə müraciət edən azərbaycanlıların sayı 2015-ci ildə 2014-cü ilə nisbətən 15,5 faiz, 2016-ci ildə 12.8 faiz, 2017-ci ildə 28,3 faiz, 2018-ci ildə isə 17,8 faiz azalıb.

Xatırladaq ki, 2015-ci ildə 486 azərbaycanlı mühacir məhkəməyə müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi