"Fly Dubai": "Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb"

"Fly Dubai": "Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb" Təyyarədə 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub
Hadisə
19 Mart , 2016 11:23
Fly Dubai: Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb

Bakı. 19 mart. REPORT.AZ/ Rostov-na-Donuda qəzaya uğramış "Fly Dubai" aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin vətəndaşlığı məlum olub.

"Report" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, göyərtədə olan 62 nəfərdən 7-si ekipaj üzvü olub.

Qəzaya uğramış təyyarənin göyərtəsində 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub.

Ekipaja üzvləri isə Kipr, İspaniya, Kolumbiya, Seyşel adaları, Qırğızıstan və Rusiya vətəndaşları olub.

Xatırladaq ki, Dubaydan Rostov-na-Donu şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb. 

Son xəbərlər

Orphus sistemi