Yuxarı

FHN: Xəzərin Türkmənistan sahillərində tapılan meyitin “Günəşli” yatağındakı qəzada itkin düşənlərdən biri olduğu ehtimal edilir

İstintaq qrupu cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndəriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzərin Türkmənistan sahillərində meyit tapılıb. 

"Report" Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tapılan meyitin Azərbaycanın “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir. 

Bununla əlaqədar, FHN “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu və “Azneft” İstehsalat Birliyinin işçiləri ilə birlikdə cəsədin tanınması və Azərbaycana gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi