Bakı. 8 sentyabr. REPORT.AZ/
"Report" xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, ötən gün axşam saatlarında Quba rayonunun H.B.Zərdabi qəsəbəsində 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu, həmçinin 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat ediblər. Hadisə yerinə gələn FHN-in yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil veriblər. Əməliyyat saat 22:45-də başa çatıb.