Bakıda dənizdə batan hər üç şəxsin cəsədi tapılıb - YENİLƏNİB

Bakıda dənizdə batan hər üç şəxsin cəsədi tapılıb - YENİLƏNİB İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün səhə
Hadisə
13 İyul , 2024 12:18
Bakıda dənizdə batan hər üç şəxsin cəsədi tapılıb - YENİLƏNİB

İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

11:38

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.

Son xəbərlər

Orphus sistemi