​FHN Bakının mərkəzində yerləşən inzibati binada partlayışla bağlı məlumat yayıb

​FHN Bakının mərkəzində yerləşən inzibati binada partlayışla bağlı məlumat yayıb Hadisə paytaxtın Yasamal rayonunda baş verib
Hadisə
24 Aprel , 2016 16:13
​FHN Bakının mərkəzində yerləşən inzibati binada partlayışla bağlı məlumat yayıb

Bakı. 24 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi bu gün Bakının mərkəzində inzibati binanın anbarında baş verən partlayışla bağlı məlumat yayıb

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq digər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib. Əməliyyat saat 13:07-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi