​FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

​FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb Yanğın zamanı 140 nəfər bina sakini təxliyə edilib
Hadisə
11 Aprel , 2015 01:20
​FHN Bakıda yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Bakı. 11 aprel. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

"Report"un verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində binanın divar üzlüyü, ayrı-ayrı vətəndaşlara məxsus mənzillərin və eyvanların yanar konstruksiyaları ümumilikdə 2149 kv.m sahədə yanıb.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi