FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb
Hadisə
17 Mart , 2021 23:54
FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda “Renault” və “Daewoo” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Renault" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi