FHN Bakı-Şamaxı yolunda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə
  • 13 dekabr, 2014
  • 12:41
FHN Bakı-Şamaxı yolunda baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Şamaxı avtomobil yolunda baş verən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb. "Report" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğrayan avtomobildə sıxılan vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti