FHN: 7476 mənzilli 39 binanın istismara hazır olması barədə rəy tərtib edilib

FHN: 7476 mənzilli 39 binanın istismara hazır olması barədə rəy tərtib edilib “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Hadisə
29 May , 2019 16:45
FHN: 7476 mənzilli 39 binanın istismara hazır olması barədə rəy tərtib edilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, dövlət başçısının on minlərlə insanı sevindirən növbəti humanist addımı olan bu fərmanın icrasının müəyyən olunmuş vaxtda başa çatdırılması məqsədilə FHN və digər aidiyyəti dövlət qurumları bütün lazımi addımları atır: "Qeyd edilən fərman imzalandıqdan dərhal sonra yaşayış binalarının istismara hazırlığı ilə əlaqədar zəruri sənədlərin təqdim olunması, binaların sakinlərinin və sifarişçilərinin qəbulu işində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb və hazırda qərargah öz işini davam etdirir.

Fərmanla müəyyən olunduğu kimi, ilkin mərhələ olaraq iki ay ərzində faktiki istismar olunan, lakin müvafiq dövlət orqanları tərəfindən istismara qəbul edilməmiş binalarda müayinə işləri vaxtında başa çatdırılıb. Müayinənin və görülmüş operativ tədbirlərin nəticəsi olaraq 103 girişi, 7476 mənzili olan 39 binaya (kompleksə) dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada bu binaların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə təqdim edilib.

Bundan başqa, bugünə kimi qərargahda 290-dən çox yaşayış binasının (kompleksinin) nümayəndələri qəbul edilərək, onlara zəruri izahatlar verilib".

Qeyd edək ki, fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi