Yuxarı
    Bağlamaq

    Azərbaycanın məşhur yazıçısının oğlu 9 il müddətinə azadlıqdan məhrum edilib

    Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

    Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ə.Kərimzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış etmişdi. Prokuror çıxışında Ə.Kərimzadənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Ə.Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

    Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi