Bakı. 13 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda oğurluq hadisəsi olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Sərkərli kəndində baş verib.
Üzü maskalı iki şəxs Xaçmazdakı villasında istirahət edən Bakı sakini 70 yaşlı Əhmədzadə Sevda Əhməd qızının evinə basqın ediblər. Onlar S.Əhmədzadənin əlini, qolunu, ağzını bağlayaraq evdən 1000 manat pul götürüblər.
Faktla bağlı Xaçmaz rayon polis idarəsində araşdırma aparılır.