Evdən 7000 manat qızıl oğurlayan şəxs tutulub

Evdən 7000 manat qızıl oğurlayan şəxs tutulub Bakıda ötən il evdən 7000 manat qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Hadisə
24 Yanvar , 2020 12:50
Evdən 7000 manat qızıl oğurlayan şəxs tutulub

Bakıda ötən il evdən 7000 manat qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 30-da rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi