Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətiriləcək

Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətiriləcək Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.
Hadisə
209
20 Sentyabr , 2018 14:53
Etimad İsmayılovun cənazəsi bu gün Bakıya gətiriləcək
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun cənazəsi bu gün axşam saatlarında Bakıya gətiriləcək.

“Report” xəbər verir ki, E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva da Bakıya gələcək. 

İş adamı sabah torpağa tapşırılacaq.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Türkiyə polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində G.Dəmirov Beşiktaşda saxlanılıb, onunla birlikdə bir nəfər də tutulub.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

Son xəbərlər

Orphus sistemi