Yuxarı

İlyas İsmayılov

 - 

Ədalət Partıyasının sədri



1992

1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professordur. Hazırda Ədalət Partiyasının sədridir. Ailəlidir. İki övladı var.

1990

1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

1978

1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olub.

1972

1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub.

1966

1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.

1963

1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub.

1962

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1938

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.