Yuxarı

"Emil 444"ü qətlə yetirən şəxs saxlanılıb

"Emil 444"ü qətlə yetirən şəxs saxlanılıb

Bakıda qətl törədən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, Binəqədi rayonu, İsrafil Həşimov küçəsində kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlunu qətlə yetirmiş Həsən Tağıyev saxlanılıb.

İyirmi üç yaşlı H.Tağıyev Şərur rayon sakinidir. O, əvvəllər həbsdə olub.

Qeyd edək ki, hadisə zamanı daha bir nəfər - 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi