Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Toqonun xarici işlər naziri Robert Dusseyi qəbul edib.
Hadisə
5 Aprel , 2018 18:27
Elmar Məmmədyarov Toqonun xarici işlər nazirini qəbul edib

Bakı. 5 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Toqonun xarici işlər naziri Robert Dusseyi qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, ölkəmizdə olmasından məmnunluğunu bildirən toqolu nazir Qoşulmama Hərəkatının Bakı nazirlər iclasının yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.

Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycan və Toqo arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi yolları müzakirə olunub. Nazirlər biznes forumlarının keçirilməsinin ticarət dövriyyəsinin artmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın QH ölkələri üçün xüsusi təhsil təqaüdü ayırdığını qeyd edərək Toqonun da bundan faydalana biləcəyini xüsusilə qeyd edib. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyi barədə məlumat verib.

Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi