Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”

Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir” Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
Hadisə
231
5 May , 2020 13:36
Əli Məsimli: “Yeni əmək müqavilələri imzalamış şəxslər sosial sığorta haqlarından azad edilməlidir”

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, müzakirələrdə çıxış edən deputat Əli Məsimli bildirib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yerli iş adamlarına yardım edilməlidir. 

"Azərbaycan iqtisadiyyatı hər gün 120-150 milyon manat pul itirir. Dünya təcrübəsindən məlumdur ki, problem vaxtında həll olunursa, ona az vəsait tələb olunur. Bu nöqteyi-nəzərdən Vergi Məcəlləsinə təklif edilən müvəqqəti vergi rejimi ilə yanaşı daha bir maddə əlavə edilsin. Bu, pandemiyadan sonrakı dövrdə yeni əmək müqavilələri imzalamış şəxslərin 2021-ci ilə qədər sosial sığorta haqqlarından azad edilməsi ilə bağlıdır. Bu, vətəndaşların yenidən işə cəlb edilməsinə şərait yaradacaq. İndi əmək müqavilələrinin sayının artması qurumların sürətlə yeni işçi götürməsi ilə əlaqədar deyil. Bu onu göstərir ki, həmin qurumlar mövcud işçiləri uçota götürürlər”, - o deyib.

Son xəbərlər

Orphus sistemi