Yuxarı

Elgiz Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vətəndaş Həmrəyliyi Partiyası və NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, E.Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Qəhrəman avqustun 12-də saxlanılıb. Onun üzərinə baxış zamanı təmiz çəkisi 3,315 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkarlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Qəhrəman barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

O, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi